Mən 16 avqust 1968-ci ildə “J.Mabiyon atanın nəşr etdirdiyi, fransız dilinə tərcümə edilmiş, Melkli Adso atanın qeydləri” adlı bir kitab əldə etdim (Paris, Lasur abbadığının mətbəəsi, 1842) 1 . Tərcüməçi Balle adlı bir abbat idi. Olduqca yoxsul olan tarixi şərhdə deyilirdi ki, tərcüməçi, on yeddinci əsrdə benedik- tin ordeninin 2 tarixçəsini araşdıran məşhur alimin Melk monastırının kitabxanasında tapdığı XIV əsrə aid olan əlyazmasını hərfbəhərf tərcümə etmişdir. Beləliklə, Praqada sevdiyim birini gözlədiyim zaman əldə etdiyim nadir əsər (bu, xronoloji olaraq üçüncü tapıntım idi) məni yad ölkədə darıxmaqdan qurtardı. Bir neçə gündən sonra, sovet qoşunları talesiz şəhəri işğal etdi. Mən Lints civarmda Avstriya sərhədini keçə bildim; buradan isə asanlıqla Vyanaya gəldim və nəhayət, Praqada gözlədiyim həmin qadınla görüşdüm. Biz birlikdə Dunay çayı boyunca, yuxarı istiqamətdə səyahətə yollandıq. Adsonun qorxunc hekayəsini zehni gərginlik içində acgözlüklə oxuyurdum və kitaba o qədər aludə olmuşdum ki, yumşaq qələmlə üstünə yazı yazmaq çox xoş olan, “Jozef Jiber” firmasının gözəl və böyük dəftərlərindən bir neçəsini dolduraraq, tərcümə etməyə nə zaman başladığımı özüm də hiss etmədim. Beləcə biz Melk civarına gəlib çıxdıq; çay döngəsinin üstündəki bir təpədə yerləşən, yüz illər boyunca dəfələrlə yenidən tikilmiş Stift’ hələ də yerində dayanmışdı. Bir oxucu kimi, artıq anlamışdım ki, monastır kitabxanasında Adso atanın əlyazmasının izlərinə rast gəlinməmişdir. Zalsburqa az qalmış, Mondzeya sahillərindəki kiçik oteldə, lənətəgəlmiş bir gecədə bizim birliyimiz pozuldu, səyahətimiz yarımçıq qaldı və mənim yoldaşım Ballenin kitabını da götürərək yoxa çıxdı; əlbəttə, bu, bəd niyyətin nəticəsi deyildi, sadəcə bizim ayrılığımızın dəlicəsinə mənasız və qəfil olduğunun təzahürü idi. Beləcə, əlimdə yazılı dəftərlər, ürəyimdəsə böyük bir boşluq qaldı. Bir neçə aydan sonra Parisdə axtarışlarıma davam etdim. Fransızca orijinaldan götürdüyüm qeydlərdə, hər şeydən əlavə, ilkin mənbədən olan sitatlar da vardı. Həm də təəccüblü dərəcədə dəqiq və ətraflı: Vetera analecta, sive collectio veteram aliquot operum & opusculorum omnis generis, carminum, epistolarum, diplomaton, epitaphiorum, &, cum itinere germanico, adnotationibus aliquot disquisitionibus R. P. D. Joannis Mabillon, Presbiteri ac Monachi Ord. Sancti Benedicti e Congregatione S. Mauri. — Nova Editio cui accessere Mabilonii vita & aliquot opuscula, 3 scilicet Dissertatio de Pane Eucharistico, Azimo et Fermentatio, ad Eminentiss. Cardinalem Bona. Subjungitur opusculum Eldefonsi Hispaniensis Episcopi de eodem argumento Et Eusebii Romani ad Theophilwn Gallum epistola, De cultu sanctorum ignotorum, Parisiis, apud Levesque, ad Pontem S. Michaelis, MDCCXXI, cum privilegio Regis’. Scnt-Jenevyev kitabxanasında dərhal “Vetera Analecta”nı sifariş etdim. Lakin titul vərəqində Ballenin təsvirindən fərqli olan ən azı iki cəhəti görüb, çox təəccübləndim. Birincisi, naşirin adı başqa idi: burada – Montalant, ad Ripam P.P.Augustianorum (prope Pontem S.Michaelis) 4 5 . İkincisi, burada nəşrin tarixi iki il gec göstərilmişdi. Topluda nə Adsonun qeydlərinə, nə də onun adı keçən hər hansı mətnə rast gəlmədiyimi demək, məncə artıqdır. Ümumiyyətlə, bu nəşrin orta və kiçik həcmli materiallardan ibarət olduğunu görmək çətin deyildi. Ballenin mətni isə bir neçə yüz səhifədən ibarət olmalıydı. Mən ən məşhur mediyevistlərə 6 , xüsusən gözəl şəxsiyyət, unudulmaz alim Etyen Jilsona müraciət etdim. Lakin onların hamısı dedilər ki, mənim Sent-Jenevyevdə istifadə etdiyim Vetera Analecta mövcud olan yeganə nəşrdir. Passi rayonunda yerləşən Lasur abbatlığına gedib, dostum Ame Laaneştedt atayla söhbət etdikdən sonra yüz faiz əmin oldum ki, Balle adlı abbat Lasur abbatlığı- nın mətbəəsində heç zaman kitab nəşr etdirməmişdir. Fransız alimlərinin tərcümeyi-hallara aid izahatlarının səliqəsizliyi hamıya məlumdur. Lakin bu hal ən pis gözləntiləri də üstələmişdi. Aydın olurdu ki, mənim Praqada əldə etdiyim kitab uydurma imiş. Üstəlik, Ballenin həmin kitabı indi məndə deyildi (ümumiyyətlə, onu geri almağın yolunu görmürdüm). Əlimdə yalnız öz qeydlərim vardı, buna isə, çox az etibar etmək olardı. Böyük fiziki yorğunluğun gətirdiyi bəzi həyəcanlı anlar vardır. Belə anlarda keçmişdə tanıdığımız adamların ruhları gözümüzə görünür («en me retraçant ces details, j’en suis a me demander s’ils sont reels, ou bien si je les al reves») 7 . Sonralar abbat Byukuanın gözəl əsərlərindən öyrəndim ki, yazılmamış kitabların da ruhları vardır. Yeni bir təsadüf baş verməsəydi, şübhəsiz ki, Melkli Adsonun hekayəsi üstündə hələ də baş sındırırdım. Lakin Tanrıya şükürlər olsun ki, 1970-ci ildə Buenos-Ayresdə, Korryentcsdə, bu böyük küçənin məşhur Patio del Tanqosunun yaxınlığında kiçik bir kitab dükanına göz gəzdirərkən Milo Temeşvarın ispancaya tərcümə edilmiş “Şahmat oyununda güzgülərdən istifadə edilməsinə dair” adlı kitabına rast gəldim. “Apokaliptiklər və inteqrə olunmuşlar” kitabımda bu müəllifin daha sonralar yazdığı “Apokalipsis satanlar” əsərini araşdırarkən, artıq bu kitaba istinad etmişdim. (Düzdür, ikinci əldən olsa da). Korryentesdəki dükandan aldığım kitab gürcü dilində yazılan itirilmiş orijinalın tərcüməsi idi (birinci nəşr – Tbilisi, 1934). Və bu kitabda mən, tamamilə gözləmədiyim halda, Melkli Adsonun əlyazmasından geniş hissələrə rast gəldim. Düzdür, qeyd etməliyəm ki, Temeşvar mənbə kimi nə abbat Balleni, nə də Mabiyon atanı göstərmirdi. Kirher ataya istinad edirdi (amma kitabın adı dəqiqləşdirilmirdi). Bir alim (onun adını burada çəkməyə lüzum görmürəm) qətiyyət və əminliklə bildirdi ki, böyük yezuit Afanasi Kirher ata heç bir əsərində (o, Kirherin bütün əsərlərindən əzbər sitatlar gətirirdi) bir dəfə do olsun, Melkli Adsonun adını çəkmir. Amma Temcşvarın yazdığı səhifələr gözlərimin önündəydi və burada sitat gətirilən epizodlar Ballcnin tərcümə etdiyi povestdəkilərlə eyni idi (xüsusilə də, labirintin təsvirlərini müqayisə etdikdən sonra heç bir şübhə qalmır). Sonralar Benyamino Plaçido 1 nə yazmış olursa olsun, abbat Balle və deməli, Melkli Adso da bu dünyada yaşamışdılar. O zaman düşündüm ki, Adsonun yazılarının taleyi onun hekayəsinin xarakteri ilə necə də oxşardır; bu hekayə başda müəllifin adı, ən sondasa hadisə yeri olmaqla, qaranlıq sirlərə bürünüb. Adso təsvir etdiyi abbadığın yerini inadkarlıqla göstərmir, mətnin müxtəlif yerlərinə səpələnmiş əlamətlər isə buranın Pompozadan Konka qədər geniş bir ərazidə istənilən yer ola biləcəyini fərz etməyə imkan verir; ehtimal ki, bura Apennin yüksəkliyində, Pyemonte, Liguriya və Fransa arasında bir yer idi (yəni Leriçi və Turbiya arasında). Təsvir edilən hadisələrin baş verdiyi tarix dəqiq göstərilmişdi – 1327-ci il, noyabrın sonları; amma müəllifin bunları nə zaman yazdığı məlum deyildi. Onun 1327-ci ildə rahibliyə hazırlaşdığını və kitabı yazan zaman ömrünün sonuna az qaldığını nəzərə alsaq, əlyazmasının XIV əsrin son on, ya da iyirmi ili içində yazıldığını təxmin etmək olar. Etiraf edim ki, on dördüncü yüz ilin sonlarında bir alman rahib tərəfindən latınca yazılmış əsərin on yeddinci yüz il latıncasıyla olan nüsxəsinin, kifayət qədər aydın olmayan fransızca surətinin İtalyanca tərcüməsini nəşr etdirməyə çox az səbəblər vardı. Hər şeydən öncə, üslub məsələsini necə həll etməliydim? Tərcüməni o dövrün italyancasına üslublaşdırmaq fikrindən əl çəkdim; birincisi, Adso qədim İtalyanca yox, latınca yazmışdı; ikincisi, onun mənimsədiyi mədəniyyət (ya da ona təsir edən abbadığın mədəniyyəti) daha da arxaik idi. Bu mədəniyyət, gec orta əsrlər latın ənənəsinin qəbul etdiyi yüz illər boyunca formalaşan üslub və biliklərin cəmi idi. Adso yerli xalq danışığından fərqli olaraq, təsvir etdiyi kitabxanadakı dini və sxolastik 8 9 ədəbiyyatların üslubundan bəhrələnmiş bir rahib kimi düşünüb-danışır. Buna görə də onun povesti (əlbəttə ki, Adsonun tərəddüdlə bəhs etdiyi və yalnız eşitdiklərini anlatdığı XIV əsrin reallıqlarını nəzərə almasaq), dili və sitatları baxımından həm XII, həm də XIII əsrə aid ola bilərdi. Bundan başqa, öz tərcüməsini neoqotik fransızcada yaradan Balle, şübhəsiz ki, orijinalla sərbəstcə davranmışdı – həm də yalnız üslub baxımından deyil. Məsələn, qəhrəmanlar otlarla müalicə barədə söhbət edərkən “Böyük Albertin sirlər kitabı” 10 adlanan və məzmunu, məlum olduğu kimi, çoxlu dəyişikliklərə məruz qalan kitaba istinad edirlər. Adso, XIV əsrdə mövcud olan siyahılardan yalnız sitat gətirə bilərdi, həm də bu zaman bəzi ifadələr Paraselsin 11 formulları ilə, yaxud elə Albertin otlar haqqında olan həmin kitabının daha sonralar, yəni Tüdorlarm dövründə nəşr olunan variantının 12 mətni ilə şübhəli dərəcədə üst-üstə düşür. Digər tərəfdən, aydınlaşdıra bildim ki, abbat Balle Adsonun xatirələrinin üzünü köçürən (belə idimi?) zamanlarda, mətnləri tamamilə təhrif edilmiş şəkildə XVIII əsrdə nəşr olunmuş “Böyük” və “Kiçik” Albertlərə Parisdə rast gəlmək mümkün idi 13 . Lakin Adsonun və digər rahiblərin əldə etdiyi siyahılarda qlosslar 14 , sxoliyalar 15 və digər əlavələr içində itib batmış, amma sonrakı nəsil alimlərin istifadə etdikləri variantlar da mövcud ola bilərdi. Nəhayət, daha bir problem vardı: abbat Ballenin bəlkə də dövrün ab-havasını saxlamaq məqsədi ilə fransızcaya çevirmədiyi fraqmentləri latınca saxlamalıydımmı? Bu halda yersiz görünən akademik vicdanlılıq xatirinə onun kimi etməyə bir əsas yox idi. Bayağılıqdan qaçdım, amma yenə də latınca ifadələrin bəzisini saxladım və indi qorxuram ki, bu, “parbleu!” ya da “la femme, ah! la femme!” deməyə məcbur olan fransız qəhrəmanı təsvir edən ucuz romanlardakı kimi olsun. Nəticədə, tam bir aşkarsızlıq… İçim şübhələrlə dolu… Hətta cəsarətimi toplayıb, oxucuları Melkli Adsonun hekayəsinə nə üçün inandırmaq istədiyimi də bilmirəm. Buna sevginin qəribəliyi, ya da istərsəniz, zəhləmi tökən fikirlərdən qurtulmaq cəhdi deyək. Hekayəni yenidən yazarkən, müasirliyi saxlamaq qayğısı içində olmadım. Tale mənə abbat Ballenin kitabını göndərən zamanlarda belə bir fikir hökm sürürdü ki, yalnız müasirliyi hədəf almaqla və dünyanı dəyişmək niyyəti ilə yazmaq olar. Aradan on il keçdi və yazıçının sadəcə yazı prosesinə olan sevgisi üzündən yazmaq hüququnun olduğunu etiraf edərək, hamı sakitləşdi. Bu, mənə Melkli Adsonun hekayəsini tam sərbəstcə, sadəcə zövq almaq xatirinə danışmağa imkan verir. Və bu hekayənin, şüurumuzun yuxu içində olan zamanlarda yaratdığı əcaibliklərdən təmizləndiyi müasir dünyamızdan nə qədər uzaq olduğunu düşünmək həm təsəlliverici, həm də xoşdur. Burada günümüzlə, onun qayğıları və həyəcanlan ilə heç bir əlaqə yoxdur. Çünki bu, gündəlik qayğıların deyil, kitabların hekayəsidir və bunu oxumaq bizə böyük təqlidçi Kempli 16 ilə birlikdə “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə – küncdə, kitabla birlikdə tapdım” deməyə imkan verir. 5 yanvar 1980-cı il. Adsonun olyazması günlərin sayına görə yeddi başlığa, hər bir gün isə ibadət saatlarına uyğun gələn epizodlara bölünmüşdür. Üçüncü şəxsin dilindən yazılmış alt başlıqlar, ehtimal ki, cənab Balle tərəfindən əlavə edilmişdir. Amma, bu alt başlıqlar oxucunu istiqamətləndirmək baxımından yararlı olduğu və o dönəmin italyandilli yazı ənənəsindən fərqlənmədiyi üçün onları saxlamağı qərara aldım. Adsonun günü ibadət saatlarına bölməsi, müəyyən çətinliklər yaradırdı; birincisi, məlumdur ki, bu saatlar fəsillərdən və monastırın yerləşdiyi məkanlardan asılı olaraq dəyişilir; ikincisi isə Müqəddəs Benediktin yazdığı qaydalara XIV əsrdə də indiki kimi riayət edilməsi məlum deyildir. Bununla belə, oxucuya kömək etmək üçün kanonik və astronomik saatların münasibətini göstərən aşağıdakı cədvəli tərtib etdim. Bunun bəzi hissələrini mətndən çıxardım, bəzi hissələrini isə, Eduard Şnayderin “Benediktinlərin saatı” 17 kitabındakı ibadət cədvəli ilə Müqəddəs Benediktin yazdığı qaydalan müqayisə etməklə yazdım:
Umberto Eco – Qızılgülün adı
PDF Kitap İndir |